Xaldiya

Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər.[1]

  1. T.A. Sinclair Eastern Turkey: An Architectural & Archaeological Survey, Volume II Arxivləşdirilib 2017-10-27 at the Wayback Machine

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search